Ana Sayfa > Karusel / Gündəm / M2 > İran tarixində ilk dəfə Tacikistana neft satdı

İran tarixində ilk dəfə Tacikistana neft satdı


3-02-2016, 16:15. Yazar: Xeberaz
İran tarixində ilk dəfə Tacikistana neft satdı


İran ilk dəfə Tacikistana neft məhsullarının tədarükünə başlayıb.

Xəbəraz.az bildirir ki, bu barədə azvision.az İranın "Shana" agentliyinə istinadən xəbər verir.

Tacikistana neft məhsullarının satışına başlanması barədə məlumatı İranın Milli Neft Şirkətinin (National Iranian Oil Products Distribution Company (NIOPDC) rəhbəri Məhəmməd Mehdi Qorəyya verib.

Onun sözlərinə görə, tərəflər neft tədarükünə dair razılıq əldə ediblər. Artıq İran Tacikistana 2,9 milyon barel neft satıb.

Neft məhsulları ilk hissəsi iki həftə əvvəl Tacikistana çatdırılıb və tədarükün gələcəkdə artırılması planlaşdırılır.
Geri dön