Ana Sayfa > Karusel / Hadisə / M2 > Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyənləşdi

Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyənləşdi


3-02-2016, 15:44. Yazar: Xeberaz
Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyənləşdi
Axtarışlar davam edir.

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

SOCAR-dan verilən məlumata görə, ekspertlərin rəyinə əsasən cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Geri dön