Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı polisi dələduzları qandalladı

Bakı polisi dələduzları qandalladı


3-02-2016, 14:29. Yazar: Xeberaz
Bakı polisi dələduzları qandalladı
Əməliyyat keçirilib.

Bakıda dələduzluq əməlində şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Faiq Səfərov tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1958-ci il təvəllüdlü Elman Əliyev tutulub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü Sahib Əliyev tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzov tutulub.
Geri dön