Ana Sayfa > Karusel / Gündəm / M2 > Norveç qadınları hərbi xidmətə çağırdı

Norveç qadınları hərbi xidmətə çağırdı


2-02-2016, 11:26. Yazar: Xeberaz
Norveç qadınları hərbi xidmətə çağırdı
“Hüquq və vəzifələr hamı üçün eyni olmalıdır”.

Yanvar ayında Norveç parlamenti heç bir mübahisə olmadan qızların silahlı qüvvələrdə xidmətə çağırışına dair qərar qəbul edib.

Xəbəraz.az xəbər verir ki, beləliklə, Norveç NATO və Avropada hər iki cinsin nümayəndələri üçün məcburi hərbi xidmətin olduğu birinci ölkə oldu.

“Hüquq və öhdəliklər hamı üçün eyni olmalıdır. Silahlı qüvvələrə cinsindən asılı olmayaraq ən yaxşı kadrlar lazımdır”, - deputat Layla Qustavsen bildirib.

2016-cı ildə Norveçdə həm də qadınların səsvermə hüququnun aldıqlarının 100 illiyi qeyd edilir.

Norveç indi müvafiq yaş qrupuna daxil olan 60 000 nəfərdən təxminən 10 000 nəfəri hərbi xidmətə çağırır. Bununla yanaşı, hərbi xidmət keçmək istəyənlərin sayı, orduya lazım olan insanların sayından çoxdur.

“Biz qadınlar üçün hərbi xidməti bizə daha çox əsgər lazım olduğu üçün tətbiq etmirik. Bizə onların kimliyindən aslı olmayaraq ən yaxşıları lazımdır”, - Norveçin müdafiə naziri Anna-Qretta Strem-Eriksen bildirib, norway.org.uk saytı məlumat yayıb.
Geri dön