Ana Sayfa > Karusel / Gündəm / M2 > Qaydalar dəyişir: piyadanı vuran sürücü məsuliyyətə cəlb edilməyəcək (VİDEO)

Qaydalar dəyişir: piyadanı vuran sürücü məsuliyyətə cəlb edilməyəcək (VİDEO)


2-02-2016, 10:52. Yazar: Xeberaz
Qaydalar dəyişir: piyadanı vuran sürücü məsuliyyətə cəlb edilməyəcək (VİDEO)
Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. Hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir. Ancaq mayın 1-dən cəza tədbirləri dəyişir.

Xəbəraz.az xəbər verir ki, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir. Mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq.

Hazırkı qaydalara görə sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni qaydaya görə piyada yalnız yüngül xəsarət alarsa, sürücünün məsuliyyəti olmur. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib.

Geri dön