Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > "Bədənimdə qüsur olsaydı, soyunmazdım" - Ayan

"Bədənimdə qüsur olsaydı, soyunmazdım" - Ayan


1-02-2016, 17:28. Yazar: Xeberaz
"Bədənimdə qüsur olsaydı, soyunmazdım" - Ayan

Burun əməliyyatından sonra gözəlliyinə gözəllik qatılan Ayan Babakişiyeva maraqlı açıqlaması ilə gündəmə gəlib. Ifaçının çılpaq fotosessiya etməsi izləyicilərinin xoşuna gəlməyib. Onu qınayanlara isə Ayan "Şou məkan" verilişində açıqlama gətirib:

"Sərhədi aşmaq, çox çılpaqlıq tərbiyəsizcəsinə olmaz. Axı məndə aşırı dərəcədə heç nə yoxdu. Bədənimdə qüsur olsaydı, soyunmazdım. Bəziləri yazır heç səndən gözləməzdim. Mən də müğənniyəm. Əşi sənin nəyinə lazım. Xoşun gəlmir izləmə, baxma, şərh yazma. Mənimçün bu soyunmaq deyil, bu sadəcə maraql fotosessiyadır".
Geri dön