Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Azərbaycanda yol polisi sürücünü belə sürüdü – VİDEO

Azərbaycanda yol polisi sürücünü belə sürüdü – VİDEO


1-02-2016, 15:32. Yazar: Xeberaz
Azərbaycanda yol polisi sürücünü belə sürüdü – VİDEO
Görüntülər yayılıb.

Azərbaycanda yol polisi ilə sürücü arasında daha bir xoşagəlməz hal yaşanıb.

Xəbəraz.az Bizimyol-a istinadən xəbər verir ki, polislər sürücünü sürüyüblər.

Qeyd edək ki, görüntülər bir həftə əvvələ aid olsa da harada çəkildiyi məlum deyil.

Əlavə edək ki, YPX inspektoru 6 halda sürücüyə nəqliyyat vasitəsinin salonundan çıxmağı təklif edə bilər.

"Yol-patrul xidməti haqqında" Təlimatın 11.6-cı bəndində deyilir ki, YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:

1) nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;

2) sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda;

3) nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;

4) nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün;

5) sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda;

6) sürücülərin zəruri sənədlərin rəsmiləşdirilməsi və ya digər yol hərəkəti iştirakçılarına yardım göstərilməsində köməyinin tələb edildiyi digər hallarda.

Geri dön