Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağcabədidə içi pul və qızılla dolu seyf oğurlandı

Ağcabədidə içi pul və qızılla dolu seyf oğurlandı


1-02-2016, 15:29. Yazar: Xeberaz
Ağcabədidə içi pul və qızılla dolu seyf oğurlandı
Polis əməliyyat keçirib.

İçərisində pul və qızıl əşya olan seyfi oğurlamış Ağcabədi sakini tutulub.

Xəbəraz.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Rabil Məmmədovun evindən içərisində 10000 manat və 10000 ABŞ dolları, habelə qızıl əşya olan seyfi oğurlamış həmyerlisi Samir Məhərrəmov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri dön