Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Fatimə Aygünü biabır etdi: "O nədi, ağzına gələni yazırsan?!"

Fatimə Aygünü biabır etdi: "O nədi, ağzına gələni yazırsan?!"


31-01-2016, 11:47. Yazar: Xeberaz
Fatimə Aygünü biabır etdi: "O nədi, ağzına gələni yazırsan?!"

Rəqqasə Fatimə Fətəliyeva xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı "Hər birinizin mənfi rəyi, elə mənim bir yerimə" şərhindən danışıb.

Xəbəraz.az axşam.az-a istinadən bildirir ki, sənətçi "MUZ TV"yə açıqlamasında müğənnini buna görə qınayıb.

F.Fətəliyeva sənətçilərin sosial şəbəkədə təhqirlər yazmasına qarşı çıxdığını deyib:

"Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır.... Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil".
Geri dön