Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar

Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar


31-01-2016, 01:26. Yazar: Xeberaz
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində Azərbaycanlı fotoqraf Artur Abdullayev qadın bədəninin bütün gözəlliyini təsvir etmək üçün maraqlı şəkillər çəkib

Gənc fotoqraf Artur Abdullayev "Art People" rubrikası çərçivəsində ös istedadını işə salaraq qadınların bədən quruluşunu fərqli üslubda gözlər önünə sərir.

Fotoqraf söhbətində bildirib ki, öz yaradıcılığında xarici fotoqrafların işlərindən bəhrələnib: "Xarici fotoqraflar qlamur çəkilişlərə üstünlük verirlər. "Nyu" şəkil sadəliyi tələb edir, pafosu sevmir. Gözəllik sadəlikdən ibarətdir. Əgər bu şəkilləri düzgün təqdim etməyi bacarsan, onda çox gözəl kompozisiya alınır".

Fotoqraf deyir ki, Azərbaycan tamaşaçısı daha çox qlamura üstünlük verir: "60-cı illərdəki stillərdə çəkilmiş ağ-qara şəkillər insanlarda daha az maraq oyadadır. Azərbaycanda insanlar daha çox rəngli şəkillərə üstünlük verirlər. Mən deyə bilərəm ki, bu janrda Azərbaycanda tək-tük fotoqraflardan biriyəm. İndi həqiqətən çox az insan bu janrda fəaliyyət göstərir. Çünki insanlar gəlirsiz hesab edərək bu janrda şəkil çəkməyə qorxurlar".

"Azərbaycanda qızlar (xanımlar) fotoqraflara güvənmirlər

Azərbaycanda hər xanım razı qalmaz ki, onun "nyu” janrında şəkli çəkilsin. Fərqli düşünən və buna incəsənət kimi baxanların sayı azdır. Çoxları məndən qorxur (ehtiyat edir), deyirlər ki, tanımadıqları adama güvənə bilmirlər. Mən onları anlayıram, onların tanışları, dostları və ya qohumları bu şəkilləri görə bilər deyə düşünürlər. Elələri də var ki, şəkilləri sosial şəbəkələrdə pis tərəfdən yayacağımızı düşünür, amma bu qətiyyən qəbulolunmazdır. Adətən, "cəsarətli” xanımları tapanda, mən onlara fərqli seçimlər təklif edirəm, hansında onlar tam və ya qismən soyuna bilərlər. Əgər insan (model) özünə uyğun nəyi isə seçibsə, mən heç zaman seçim çərçivəsindən kənara çıxıb, onu aldadıb, kamera qarsısında soyunmağa məcbur etmərəm.

"Çoxları pul qazanmaq üçün fotoapparat alır”

Bu banal səslənə bilər, amma indi çoxları qız ilə tanış olmaq üçün fotoapparat alır. Nəticədə, xanımlarda fotoqraflara qarşı inamsızlıq yaranır. Başqaları da var, onlar keyfiyyətli aparatı özlərini maddi cəhətdən təmin etmək üçün alırlar. Bu işə sırf qazanc mənbəyi kimi baxırlar. Professionallıq, yaradıcı baxış və prossesin əsl mahiyyəti onlar üçün arxa plana keçir.

Onlar əsasən toyları və "lovestory”ləri çəkirlər. Mənə elə gəlir ki, bu, şəkillərin və ölkə fotoqraflarının haqqında olan düşüncəyə mənfi təsir göstərir. İnsanlar bizi ciddi qəbul etmirlər. Sevindiricidir ki, kommersiya ilə yaradıcılığı birləşdirənlər də var.

"Ümid edirəm ki, 5 ildən sonra bu janr daha da inkişaf etmiş olacaq”

Müxtəlif janrlarda şəkil çəkməyimə baxmayaraq, gələcəkdə özümü məhz "nyu” janrında görürəm. Mən istərdim ki, insanlar bu janrı mənfi qəbul etməsinlər, pornoqrafiyaya tay tutaraq, "incəsənət” ilə "bayağılıq” arasında olan sərhəddi pozmasınlar. Qadın bədəni – incəsənətdir və tam bir kainatdır. Çəkiliş vaxtı, ona incəsənət obyekti kimi baxıram, hansını ki, mühitə təcəssüm etdirmək, şəklinə hekayə fikirləşərək işləmək lazımdır. Ümid edirəm ki, 5 ildən sonra bu janra daha çox diqqət göstəriləcək və fotoqraflar heç bir qorxu hissi olmadan öz işlərini sərgiləyə biləcəklər.

Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
Geri dön