Ana Sayfa > Karusel / Hadisə / M2 > Xaçmazda fərdi yaşayış evində qadın meyiti tapılıb

Xaçmazda fərdi yaşayış evində qadın meyiti tapılıb


30-01-2016, 22:47. Yazar: Xeberaz

Xaçmazda fərdi yaşayış evində qadın meyiti tapılıb
Axşam saatlarında Xaçmaz şəhərində fərdi yaşayış evində qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata əsasən, 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızı bağlı qapı arxasında qalıb.

Dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və G.Pənahovanın meyitini aşkar edib. Qadının cəsədi aidiyyəti üzrə təhvil verilib.
Geri dön