Ana Sayfa > Karusel / Hadisə / M2 > “Tarqovı”da polisdən qaçan gitaraçı huşunu itirdi

“Tarqovı”da polisdən qaçan gitaraçı huşunu itirdi


29-01-2016, 23:13. Yazar: Xeberaz
“Tarqovı”da polisdən qaçan gitaraçı huşunu itirdi
Əraziyə təcili tibbi yardım çağırılıb.

Bakının mərkəzində xoşagəlməz hadisə baş verib.

Xəbəraz.az xəbər verir ki, AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, paytaxtın “Tarqovı” kimi tanın Nizami küçəsində gitara ifa edərək pul toplayan gənclə polis əməkdaşları arasında insident yaşanıb.

Polis “insanlara mane olursan”-deyə gənci ərazidən uzaqlaşdırmaq istəsə də, tərəflər arasında mübahisə düşüb. Əraziyə Post Patrul Xidmətinin əməkdaşlarının gəldiyini görən gənc qaçmağa başlayıb. Polislər gitaraçını tutmaq üçün “Tarqovı”da qaçmalalı olublar.

Polisdən qaçan oğlan “Fəvvarələr meydanı”nda huşunu itirərək yerə yıxılıb.

Adı məlum olmayan şəxsin ürəyi getdiyindən əraziyə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsindən sonra oğlan özünə gəlib.
Geri dön