Ana Sayfa > Karusel / Hadisə / M2 > Abşeronda oğlan sevgilisini bıçaqladı

Abşeronda oğlan sevgilisini bıçaqladı


29-01-2016, 12:30. Yazar: Xeberaz
Abşeronda oğlan sevgilisini bıçaqladı
Faktla bağlı araşdırma aparılır.

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şamil Məhərli qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Aysel Fətəliyevanı bıçaqlayıb.

A. Fətəliyeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş. Məhərli tutulub, faktla bağlı araşdırma aparılır.
Geri dön