Ana Sayfa > Karusel / Təhsil / M2 > Magistr hazırlığı qaydasında dəyişiklik

Magistr hazırlığı qaydasında dəyişiklik


28-01-2016, 02:14. Yazar: Xeberaz
 Magistr hazırlığı qaydasında dəyişiklik
Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistratura ali təhsil səviyyəsi ilə bağlı istisnalardan biri bu gün qüvvədən düşüb.

Xəbəraz.az APA-ya istinadən xəbər verir ki, “Təhsil haqqında” qanuna əsasən bu günə qədər xüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilib və bu iхtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilib.

Azərbaycan prezidenti İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişikliyə əsasən qanunda bununla bağlı maddə ləğv edilib.
Geri dön