Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV > “Qarda yol nişanını görməyən sürücü cərimələnə bilərmi? - Video

“Qarda yol nişanını görməyən sürücü cərimələnə bilərmi? - Video


28-01-2016, 01:58. Yazar: Xeberaz
“Qarda yol nişanını görməyən sürücü cərimələnə bilərmi? -  Video
Adətən qarlı havalarda yol nişanlarının və onların üzərindəki rəqəm və işarələrin görünməsində problemlər yaranır. Belə ki, nişanların üzəri qarla örtüldüyündən sürücülər yolda çaş-baş qalırlar. Bəs üzəri qarla örtülmüş nişanın tələbini pozan sürücü cərimələnə bilərmi?

Dövlət Yol Polis İdarəsinin ''Siqnal'' İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi Məhəmməd Məmmədov məsələ ilə bağlı xəzərəxəbər-ə bildirib ki, yollarda mövcud olan nişanların təmizlənməsi üçün onlarda kifayət qədər işçi yoxdur. Ona görə də həmin nişanlar qar əridikdən sonra təmizlənəcək.

Ekspert Ərşad Hüseynov isə deyir ki, sürücülər ilk növbədə qarlı və çovğunlı havalarda sürət həddinə xüsusi fikir verməlidirlər. O, qeyd edib ki, sürücü obyektiv, ondan asılı olmayan səbəblərə görə səhv edibsə məsuliyyətə cəlb edilə bilməz.

Geri dön