Ana Sayfa > Karusel / İdman / M2 > “İslam Oyunlarının proqramında dəyişiklik

“İslam Oyunlarının proqramında dəyişiklik


28-01-2016, 01:38. Yazar: Xeberaz
“İslam Oyunlarının proqramında dəyişiklik
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib.
Xəbəraz.az virtualaz.org-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.

Əvvəlcə proqramda olan idmanın bu növünü yeni növ əvəzləyib. Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.

Xatırladaq ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.
Geri dön