Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > “Eurovision-2016” - Çıxışların tarixləri açıqlandı

“Eurovision-2016” - Çıxışların tarixləri açıqlandı


26-01-2016, 15:40. Yazar: Xeberaz
“Eurovision-2016” - Çıxışların tarixləri açıqlandı

Birinci yarımfinal may ayının 10-da baş tutacaq.

Azərbaycan nümayəndəsi “Eurovision-2016”nın birinci yarımfinalında çıxış edəcək, Xəbəraz.az Stokholmdakı püşkatmanın nəticələrinə istinadən xəbər verir.

Birinci yarımfinal may ayının 10-a, ikinci mayın 12-ə, final isə may ayının 14-ə planlaşdırılıb.

Azərbaycanlı ifaçı ilə bərabər “Qloben” arenasının səhnəsinə Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Niderland, San-Marino, Rusiya, Kipr, Malta, Bosniya və Herseqovina, Estoniya, Çexiya, Monteneqro, İslandiya və Avstriyadan olan iştirakçılar da çıxacaq.
Geri dön