Ana Sayfa > Karusel / Hadisə / M2 > 3 uşaq anası özünü asıb

3 uşaq anası özünü asıb


25-01-2016, 22:15. Yazar: Xeberaz
3 uşaq anası özünü asıb
İsmayıllıda intihar hadisəsi baş verib. 3 uşaq anası özünü asıb.

İsmayıllı Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Aşıqbayramlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü İlhamə Ağahüseyn qızı Şükürova özünü atasına məxsus evin həyətindəki yarımtikilidə asaraq intihar edib. Onun meyitini ata evindəki qohumları görüblər və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Prokurorluqdan intihara ilkin ehtimal kimi İlhamə Şükürovanın ruhi xəstə olmasını, buna görə də belə bir addım atdığını bildirdilər.

Əlavə edək ki, özünə qəsd edən 37 yaşlı qadının 3 övladı var.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ölkə ərazisində sonucu intihar hadisəsi yanvar ayının 22-də Ağdaşda qeydə alınıb. Rayonun Qolqəti kənd sakini, 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev yaşadığı evin həyətindəki çardaqda özünü kəndirlə asıb.

Prokurorluqdan hadisəyə ilkin ehtimal kimi 30 yaşlı kişinin uzun müddət işsiz qalmasını, buna görə də belə bir addım atmasını bildirsələr də, mərhumun atası bunu təkzib etmişdi.

Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Geri dön