Ana Sayfa > Karusel / Təhsil / Fotogalereya > Tələbə və şagirdlərin təqaüdləri də artırıldı

Tələbə və şagirdlərin təqaüdləri də artırıldı


25-01-2016, 20:45. Yazar: Xeberaz
Tələbə və şagirdlərin təqaüdləri də artırıldı
Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Xəbəraz.az AZƏRTAC-da istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Geri dön