Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Süd vannasında çimmirəm-Məleykə Əsədova

Süd vannasında çimmirəm-Məleykə Əsədova


25-01-2016, 20:19. Yazar: Xeberaz
Süd vannasında çimmirəm-Məleykə Əsədova
Xalq artisti Məleykə Əsədovanı özündən çıxarıblar.

Aktrisa "ATV maqazin onlarla" verilişində onun adından açılan saxta profillərdən danışıb:

"Mən Facebook-da yoxam. Adımdan profil açıb, mənə uyğun olmayan sözlər yazırdılar. O insanları şikayət etməyi düşünmürəm. Mənim bir məhkəməm var, o da Allahdır. Heç kimə cavab vermirəm. Hamıya demək istəyirəm ki, Facebook-da adıma açılan profillərin mənə aidiyyatı yoxdur.

İnstaqramda isə özüm otururam. 27 ildir eyni şöhrəti saxlayıram. Sənətə dedi-qodularla gəlməmişəm. Obrazlarımla sevgi qazanmışam".

M.Əsədova haqqında yayılan şayiələrdən də bəhs edib:

"Deyirlər, "Məleykə süd vannasında çimir. Ölü dənizdən su çəkdirib". Mən Kür qırağının qızıyam, süd vannasında çimmirəm".Axşam.az
Geri dön