Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > "Mən barda oxumuram..." - İradə

"Mən barda oxumuram..." - İradə


8-04-2015, 12:40. Yazar: Xeberaz
"Mən barda oxumuram..." - İradə

Müğənni İradə İbrahimova barda oxuması ilə bağlı xəbərə münasibət bildirib.
Xeberaz.az Axşam.az-ın məlumatına görə xəbər verirki, sənətçi yayılanları şayiə adlandırıb:
“Aprelin 4-də ailə dostlarımızla birlikdə ad günümü qeyd edirdim. Yaxınlarımın təkidi ilə səhnəyə çıxıb, mahnı oxudum. Bunu kənardan izləyən bir nəfər fotolarımı və videomu çəkib, sayta verib. Onun ailəmi yanımda görməməsi mümkünsüzdür. Ayıb olsun. Mən barda oxumuram, ailəmlə birlikdə ad günümü keçirirdim. Məni bu cür qələmə verən insanları qınayıram. Sosial şəbəkədə həqiqəti bilmədən məni qınayan və xoşagəlməz ifadələr işlədən insanlara etiraz edirəm. Demək istəyirəm ki, məni tanıyan bu səpkili cümlələrə inanmamalıdır. İnsanları təhqir etməkdən aldığınız zövqü heç cürə başa düşə bilmirəm”.

Qeyd edək ki, Ceyhun İzər adlı türk vətəndaşı ilə ailə quran İ.İbrahimova İstanbulda yaşayır.
Geri dön