Ana Sayfa > Karusel / Hadisə / M2 > Xırdalanda döyülən şagird və döyən müəllim - qohum çıxdılar

Xırdalanda döyülən şagird və döyən müəllim - qohum çıxdılar


25-01-2016, 16:22. Yazar: Xeberaz
Xırdalanda döyülən şagird və döyən müəllim - qohum çıxdılar


“Videonu da valideyn çəkib”.

Xırdalandakı 9 saylı məktəbdə müəllimin şagirdi döyməsi faktı oktyabr ayında baş verib.

Xəbəraz.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib.

O bildirib ki, hazırda valideyn, müəllim və direktor Təhsil Nazirliyindədir:

“Onların izahatları alınır”.

A.Nağıyev qeyd edib ki, müəllim və valideyn qohumdurlar:

“Çox maraqlıdır ki, videonu da valideyn çəkib”.

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video yayılıb. Təhsil Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
Geri dön