Ana Sayfa > Karusel / Hadisə / M2 > Sumqayıtda 24 yaşlı qızı öldürən şəxs tutuldu

Sumqayıtda 24 yaşlı qızı öldürən şəxs tutuldu


25-01-2016, 14:24. Yazar: Xeberaz
Sumqayıtda 24 yaşlı qızı öldürən şəxs tutuldu


Sumqayıtda qətl törədib hadisə yerindən qaçan şəxs saxlanılıb.

Xəbəraz.az DİN-in saytına istinadən bildirir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 22-də Sumqayıt şəhər sakini Səbinə Salayevanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Cəfər Ağayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayeva yanvarın 22-də evində qətlə yetirilib.

Sonradan onun Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev tərəfindən münaqişə zəminində öldürüldüyü məlum olub.

S.Salayeva hadisə yerində ölüb.
Geri dön