Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda iş adamı həbs olundu

Bakıda iş adamı həbs olundu


24-01-2016, 03:06. Yazar: Xeberaz
Bakıda iş adamı həbs olundu
Əməliyyat-axtarış tədbirləri nəticəsində 54 yaşlı iş adamı Qocayev Rauf Eldar oğlu saxlanılıb.

Xəbəraz.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, sözügedən şəxs iri məbləğdə fırıldaqçılıqda şübhəli qismində saxlanılıb.

Belə ki, Rauf Qocayev ozünün iş ortaqlarını aldatmaqda ittiham olunur. O, birgə iş görmək adı ilə Gəncəli Nağı Tağı oğlundan 120 min manat alıb və geri qaytarmayıb.

Polis işçiləri saxlanılmış şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil veriblər.

Faktla bağlı araşdırma davam etdirilir.
Geri dön