Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 / Xəbəraz TV > Rusiyada gənc qız özünü 16-cı mərtəbədən atdı – VİDEO (18+)

Rusiyada gənc qız özünü 16-cı mərtəbədən atdı – VİDEO (18+)


8-04-2015, 12:06. Yazar: Xeberaz
Rusiyada gənc qız özünü 16-cı mərtəbədən atdı – VİDEO (18+)
Qız dövlət imtahanlarından uğursuz qiymət alacağından narahat idi.

Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi intihar edib. Beşinci kurs tələbəsi yataqxananın 16-cı mərtəbəsindən özünü atıb.

Xeberaz.az Lifenews-a istinadən xəbər verir ki, faciə paytaxtın cənub-qərbində Şvernik küçəsində baş verib.

İlkin versiyalara görə, qız depressiyaya düşüb. O, dövlət imtahanlarından uğursuz qiymət alacağından narahat idi.

Dünən polisə saat 11:25-də Şvernik küçəsində qızın yıxılması haqqında məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları həlak olanın MDU-nun tələbəsi olduğunu müəyyənləşdiriblər.

“O, 16-cı mərtəbəyə çıxaraq özünü atıb”,- LifeNews-a hüquq-mühafizə orqanından olan mənbə bildirib.

Hadisə ilə bağlı yaradılan istintaq qrupu iş aparır. Operativ qrup hadisənin səbəbini araşdırır.
[media=https://youtu.be/00Y_6FZzBMo]
Geri dön