Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda vəzifəli şəxsin oğlu kredit borcuna görə özünü asdı
Azərbaycanda vəzifəli şəxsin oğlu kredit borcuna görə özünü asdı22-01-2016, 13:13. Yazar: Xeberaz |
Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb. Xeberaz.az-in məlumatına görə, lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun banka xeyli kredit borcu varmış. anspress-in məlumatına görə, dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Geri dön |