Ana Sayfa > Karusel / Gündəm / M2 > Bərdədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

Bərdədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

21-01-2016, 17:04. Yazar: Xeberaz
Bərdədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

Bərdə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətli olması nəzarətdə saxlanılmışdır. Yarmarkaya rayon kəndlərindən müxtəlif növ ərzaq məhsulları çıxarılmışdır. Yarmarkaya 150-dən çox sahibkar, 120 nəfər fərdi məhsul istehsalçıları cəlb edilib.

Məhsullar bazar qiymətlərindən 30-40 % ucuz qiymətə satılmışdır. Yarmarkada 2000 kisədən çox un kisəsi 21 manata, 1,8 ton mal əti kiloqramı 5 manata, 0,8 ton qoyun əti kiloqramı 6 manata satılib.

Yarmarkada ətraf qonşu rayonların əhalisi də iştiak etmişdir. Alıcılar yarmakanın keçirilməsini rəğbətlə qarşılamış, məhsulların qiymətlərindən razılıqlarını ifadə etmişlər, yarmarkanının təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Ərzaq satışı yarmarkasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulmuşdur.

Geri dön