Ana Sayfa > Karusel / Gündəm / M2 > ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək

ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək


21-01-2016, 14:11. Yazar: Xeberaz
ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək
Qalanlar üçün ABŞ-a giriş vizasız olacaq.

ABŞ hakimiyyəti Avropa ölkələrinin son beş ildə İraq, Suriya, İran və ya Sudana səfər etmiş vətəndaşları üçün viza tələblərini sərtləşdirməyi planlaşdırır, Associated Press məlumat yayıb.

Xeberaz.az Gazeta.ru-ya istinadən xəbər verir ki, ikinci vətəndaşlıq qismində bu ölkələrdən birinin vətəndaşlığına sahib olan Aİ sakinləri üçün də maneələr yaradılacaq.

Bu tədbir “İslam dövləti” (İŞİD) sıralarında döyüşən Avropa İttifaqı vətəndaşlarının ABŞ-a girişinə mane olmağa istiqamətlənib. Şübhədən kənarda qalan avropalılar üçün Birləşmiş Ştatlara giriş vizasız olacaq.
Geri dön