Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV > Nazir müavini: Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq – VİDEO

Nazir müavini: Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq – VİDEO


20-01-2016, 21:24. Yazar: Xeberaz
Nazir müavini: Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq – VİDEO
“Keçən il subsidiyaların verilməsində artım olub”.

Məqsədimiz ölkəmizi taxıl istehsalı hesabına bütün kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.

Xeberaz.az XəzərXəbər-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O bildirib ki, Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq:

"Bu il ölkəni hansı ərzaq məhsulları ilə təmin edə bilmiriksə, bütün gücümüzü o sahəyə yönəldəcəyik. Bu il taxılçılıq sahəsinin inkişafı üçün iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması istiqamətində işlər gedir."

"İkincisi əkinlərin aqrotexniki tədbirlər, gübrələrlə, herbisitlərlə təminatı, taxılın keyfiyyətinin yaxşılaşdırılması, texniki tədbirlərin görülməsi istiqamətində ciddi işlər aparalır. Nazirliyin işçi qrupları mütəmadi olaraq fermerlərin yanındadır", - deyə İlham Quliyev əlavə edib.

Nazir müavini eyni zamanda subsidiyalar barədə danışıb:

"Keçən il subsidiyaların verilməsində artım olub. Gübrələrin verilməsində 70 faiz güzəşt tətbiq edilib. Digər texnikaların və suvarma avadanlıqlarının alınması üçün 40 faiz güzəştlər tətbiq edilib."

İlham Quliyev qeyd edib ki, hələlik subsidiyaların verilməsi qane edir və artırılması nəzərdə tutulmur.

Geri dön