Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Qarlı və küləkli hava fəsad yaratdı - FOTOLAR

Qarlı və küləkli hava fəsad yaratdı - FOTOLAR


20-01-2016, 20:13. Yazar: Xeberaz


Qarlı və küləkli hava fəsad yaratdı - FOTOLAR

Yanvarın 19-da gecə saatlarında Daşkəsən rayonunda qarla müşayiət olunan güclü külək nəticəsində şəhərin çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik təsərrüfatına ziyan dəyib.

İcra hakimiyyətindən bildiriblər ki, külək şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasının dam örtüyünü də uçurub.

Rayon rəhbərliyi Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirib, sakinlərlə görüşüb. Baş vermiş təbii fəlakətin nəticələrinin tez bir zamanda daxili imkanlar hesabına aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur.
Qarlı və küləkli hava fəsad yaratdı - FOTOLAR
Qarlı və küləkli hava fəsad yaratdı - FOTOLAR
Qarlı və küləkli hava fəsad yaratdı - FOTOLAR
Geri dön