Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Sosial müavinətlərin məbləği artırıldı

Sosial müavinətlərin məbləği artırıldı


19-01-2016, 19:17. Yazar: Xeberaz
Sosial müavinətlərin məbləği artırıldı
Prezident fərman imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.

Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmanla müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Geri dön