Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm / M2 > Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı

Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı


19-01-2016, 18:09. Yazar: Xeberaz
Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı
Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Xeberaz.az xəbər verir ki, sərəncama əsasən, yuxarıda sadalanan sahələrdə çalışan şəxslərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılır.

Azərbaycanın Nazirlər Kabinetinə imzalanmış sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Geri dön