Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > “Fənərbaxça”nın avtobusuna olan silahlı hücuma görə saxlanılan danışdı

“Fənərbaxça”nın avtobusuna olan silahlı hücuma görə saxlanılan danışdı


7-04-2015, 20:32. Yazar: Xeberaz
“Fənərbaxça”nın avtobusuna olan silahlı hücuma görə saxlanılan danışdı

“Çaykur Rizəspor” üzərində 5:1 hesablı qələbə qazandıqdan sonra Trabzona gedən “Fənərbaxça” avtobusuna Sürmənədə silahlı hücuma məruz qalmasına görə saxlanılan 2 nəfərdən biri Emre A-nın “facebook” hesabında paylaşımları yoxlanılıb.


xeberaz.az xəbər verir ki, şübhəli hadisə baş verdikdən bir neçə dəqiqə sonra komandanın avtobusunun görüntülərini öz hesabında yayımlayaraq ““Fənərbaxça”ya Sürmənədə hücum oldu, tıxac var” yazıb.

Həmin görüntülərin altında isə Emre A avtobus sürücüsünün yaralanmasına üzüldüyünü bildirib.

Trabzon valisi Abdil Celil Öz də bu barədə danışaraq bunları deyib: “Hələ ki, əldə olunan bütün dəlillər saxlanılanların həqiqətən də bu hadisəni törətikdlərini doğrulayır. Maşın nömrələri də uyğun gəlir. Son qərar isə məhkəmənin olacaq”.
Geri dön