Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Ələtdə ağır qəza: Ölən və yaralanan var

Ələtdə ağır qəza: Ölən və yaralanan var


18-01-2016, 22:50. Yazar: Xeberaz
Ələtdə ağır qəza: Ölən və yaralanan var
“Kamaz”la “VAZ 2107” toqquşub.

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəraz.az -ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 20.00 radələrində Bakı-Qazax magistralının 66-cı kilometrliyində qeydə alınıb.

“Kamaz” markalı avtomobillə VAZ 2107 markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişin, Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Qarayev Orxan Yaşar oğlu ölüb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Geri dön