Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda nənə və nəvəni maşın vurub

Bakıda nənə və nəvəni maşın vurub


18-01-2016, 13:58. Yazar: Xeberaz
Bakıda nənə və nəvəni maşın vurub
Biri ölüb, digəri xəsarət alıb.

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır
Geri dön