Ana Sayfa > Karusel / Hadisə / M2 > Pul ala bilmədilər, bıçaqlayıb qaçdılar - Bakıda cinayət

Pul ala bilmədilər, bıçaqlayıb qaçdılar - Bakıda cinayət


17-01-2016, 17:17. Yazar: Xeberaz
Pul ala bilmədilər, bıçaqlayıb qaçdılar - Bakıda cinayət

Bakıda 46 yaşlı kişi bıçaqlanıb.Məlumata görə, gecə saat 04 radələrində Səbail rayonu Salyan yolu küçəsi 90 ünvanının qarşısında 1970-ci il təvəllüdlü Məmişov İlkin Şəhriyar oğlu bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin araşdırma nəticəsində məlum olub ki, gecə saatlarında 3 nəər naməlum şəxs bıçaqla İ.Məmişova yaxınlaşaraq pul tələb ediblər. Daha sonra isə onlar İ.Məmişovu bıçaqlayaraq uzaqlaşıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Geri dön