Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı

Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı


17-01-2016, 16:38. Yazar: Xeberaz
Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı
Şənbə günü ölkə yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Məlumata görə, yanvarın 16-da ölkədə ümumilikdə 11 yol qəzası baş veriub. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 19 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Sumqayıtın mərkəzində - Heydər Əliyev prospektində baş verib. " VAZ21015" və "Geely"nin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Daha 3 nəfər isə yaralanıb. Sumqayıt yaxınlığında, Bakı-Quba magistralının 42-ci kilometrliyində "Kia Sorento"nun aşması nəticəsində isə 1 qadın vəfat edib, daha 2 qadın isə yaralanıb.
Ölümlə nəticələnən digər qəzalar Bərdədə və Bakının Yasamal rayonunda baş verib. Hər iki hadisədə yolu keçmək istəyən qadınlar avtomobil tərəfindən vurulub və onlar ölüb.
Geri dön