Ana Sayfa > Karusel / Hadisə / M2 > İŞİD-dən görünməmiş hücum: 300 nəfər öldürüldü

İŞİD-dən görünməmiş hücum: 300 nəfər öldürüldü


17-01-2016, 15:57. Yazar: Xeberaz
İŞİD-dən görünməmiş hücum: 300 nəfər öldürüldü
Suriya hökuməti İŞİD terror təşkilatının Deyr əz-Zor şəhərinə hücumu ilə bağlı məlumat yayıb.

Xeberaz.az xəbər verir ki, hökumət terrorçuların geniş miqyaslı hücumu nəticəsində 300 şəhər sakininin öldürüldüyünü, 400 nəfərin isə əsir götürüldüyünü açıqlayıb.

Suriya Müdafiə Nazirliyidən verilən məlumata görə, hücum baş verən bölgəyə qoşun yeridilib, yaranan qarşıdurmada xeyli terrorçu məhv edilib.

Qeyd edək ki, "Frans-Press" agentliyi hücum nəticəsində 135 nəfərin öldürüldüyünü yaymışdı.
Geri dön