Ana Sayfa > Karusel / Gündəm / M2 > “KATV1” endirimi ləğv etdi

“KATV1” endirimi ləğv etdi


17-01-2016, 15:52. Yazar: Xeberaz
“KATV1” endirimi ləğv etdi
Abunəçilərə bu barədə məlumat verilib.

“KATV1” şirkəti televiziya və internet xidmətindən birlikdə istifadə edən abunəçilərə kampaniya çərçivəsindəki güzəşti ləğv edib.

Xeberaz.az Azadliq.org-a istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, televiziya və internet xidmətindən birlikdə istifadə edən abunəçilərə kampaniya çərçivəsində iki ildir güzəşt olunurdu:

“Ayrı-ayrılıqda televiziya yayımına görə 10, internet üçün 18 manat verməli olan abunəçilər bu xidmətlərin hər ikisindən cəmi 23 manata istifadə edirdilər. Yəni onlara 5 manat güzəşt edilirdi. Əslində, qiymət artmayıb. Sadəcə, kampaniya başa çatıb”.

“KATV1” hələ keçən ilin ortalarında da qiyməti qaldırmışdı. Onda televiziya yayımına görə məbləğ 1 manat artırılmışdı.
Geri dön