Ana Sayfa > Karusel / Hadisə / M2 > Samuxda və Goranboyda yanğın

Samuxda və Goranboyda yanğın


17-01-2016, 15:08. Yazar: Xeberaz
Samuxda və Goranboyda yanğın

Samuxda və Goranboyda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Samux rayonu, Sərkar kəndində vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxində 10 kv.m sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:36-da söndürülüb.

Trend-in məlumatına görə, Goranboy rayonu, Safikürd kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:50-də söndürülüb.
Geri dön