Ana Sayfa > Karusel / Gündəm / M2 > NASA-dan Yerin “qohumu” ilə bağlı – İnanılmaz faktlar

NASA-dan Yerin “qohumu” ilə bağlı – İnanılmaz faktlar


17-01-2016, 14:45. Yazar: Xeberaz
NASA-dan Yerin “qohumu” ilə bağlı – İnanılmaz faktlar


ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Kepler missiyasının məlumatından istifadə etməklə müəyyənləşdirdikləri Kepler-452b planeti ilə bağlı bir sıra məlumatları dəqiqləşdiriblər.

Xeberaz.az xəbər verir ki, alimlər ulduzun orbit zonasında Günəşə oxşar Kepler-452b planetinin Yer planeti ilə oxşar olması qənaətinə gəliblər.

Bu planetlə bağlı bəzi bir sıra faktlar alimlərin diqqətini cəlb edib. Məlum olub ki, Kepler-452b planetinin ulduzları ilə arasındakı məsafə Yer planetinin bizim Günəşlə olan məsafəsi ilə eynidir.

Kepler-452b Yerlə müqayisədə öz ulduz orbiti ətrafında dövrəsini 365 yox, 385 günə tamamlayır.

Kepler-452b Yer planetindən təxminən 60 faiz böyükdür.

Yeni planetdə Yerdə olduğu kimi, qitə və okeanların olub-olmaması hələ məlum deyil. Lakin bu, bizim kainatda Yer kimi planetlərin ola biləcəyini ifadə edən sübutdur.

Geri dön