Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Xaçmazda süni qiymət artımına qarşı reyd keçirilib

Xaçmazda süni qiymət artımına qarşı reyd keçirilib


17-01-2016, 14:08. Yazar: Xeberaz
Xaçmazda süni qiymət artımına qarşı reyd keçirilib
Bu gün Xaçmaz şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması üçün yaradılan komissiya üzvlərinin iştirakı ilə ticarət obyektlərində, pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda reyd keçirilib.

APA-nı şimal bürosunun verdiyi məlumata görə, reyd zamanı komissiya üzvləri tərəfindən sahibkarlara ərzaq məhsullarının qiymətlərinin qanuna müvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Reydlər mütəmadi davam etdiriləcək.
Geri dön