Ana Sayfa > Karusel / Gündəm / M2 > Əmək haqları qoyunla ödənməyə başlandı

Əmək haqları qoyunla ödənməyə başlandı


17-01-2016, 12:59. Yazar: Xeberaz
Əmək haqları qoyunla ödənməyə başlandı

Türkmənmalları (Türkmən heyvanları) dövlət assosiasiyası ölkədə pul çatışmazlığı problemini həll edib.

Xeberaz.az vestnikkavkaza.net-ə istinadən xəbər verir ki, bundan sonra əmək haqları qoç və qoyunlarla ödənəcək.

Azadlıq radiosunun Türkmən bürosu məsləyə belə şərh verib:

“Bir qoyun təxminən 16-18 kq ət edir. İşçilər qoyun almaq məcburiyyətində qalır. Başqa nə edə bilərlər ki?”

Qeyd edək ki, bir heyvanın dəyəri 270 türkmən manatı (120 AZN) olaraq hesablanır.
Geri dön