Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi > Arnold Şvartsnegger bomj oldu

Arnold Şvartsnegger bomj oldu


17-01-2016, 12:36. Yazar: Xeberaz
 Arnold Şvartsnegger bomj oldu
Məşhur aktyor pərəstişkarları ilə zarafatlaşmaq üçün bomj kimi öz abidəsinin qarşısında uzanıb.
Məşhur Hollivud ulduzu Arnold Şvartsnegger bomjluq edib.

Xeberaz.az-in xarici mətbuata istinadən verdiyi məlumata görə, tanınmış dünya ulduzu zarafatlarından geri qalmayaraq bu dəfə bomj olmaq qərarına gəlib. Özü də onun şərəfinə ucaldılan abidənin önündə.

Pərəstişkarlarını təəccübləndirmək və güldürmək üçün bu addımı atan Şvartsnegger bomj görkəmində öz abidəsinin qarşısında uzanaraq şəkil çəkdirib və onu internet səhifəsində yerləşdirib.

 Arnold Şvartsnegger bomj oldu
Arnold Şvartsnegger bomj kimi şəkil çəkdirib.


Yaşıl rəngli yataq dəstinə bürünərək çəkdirdiyi fotonun altından isə Arnold Şvartsnegger “Zaman necə dəyişib” sözlərini yazıb.

Aktyorun qarşısında performans göstərdiyi bürünc heykəl ABŞ-ın Ohayo ştatında yerləşir.
Geri dön