Ana Sayfa > Karusel / Hadisə / M2 > Samuxda 18 yaşlı qızı bıçaqladılar

Samuxda 18 yaşlı qızı bıçaqladılar


16-01-2016, 19:43. Yazar: Xeberaz
Samuxda 18 yaşlı qızı bıçaqladılar
Faktla bağlı araşdırma aparılır.

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Bayramzadə Günay Şahniyar qızı qarının sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Geri dön