Ana Sayfa > Karusel / Hadisə / M2 > BDU-nun qadın müəlliminin faciəvi ölümü

BDU-nun qadın müəlliminin faciəvi ölümü


16-01-2016, 16:04. Yazar: Xeberaz
BDU-nun qadın müəlliminin faciəvi ölümü


Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.

Xəbəraz.az -in "Report”a istinadən verdiyi məlumata görə, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

BDU-nun qadın müəlliminin faciəvi ölümü
Geri dön