Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Ölən neftçilərin ailələrinə bu ay sonu sığorta ödənişləri veriləcək

Ölən neftçilərin ailələrinə bu ay sonu sığorta ödənişləri veriləcək


16-01-2016, 10:09. Yazar: Xeberaz
Ölən neftçilərin ailələrinə bu ay sonu sığorta ödənişləri veriləcək
Hesablamalara görə sığorta ödənişi 26 000 manatla 92 000 manat arasında dəyişəcək.
Günəşli yatağında 10-cu platformada baş verən yanğın nəticəsində həlak olan neftçilərin ailələrinə ödəniləcək sığorta ödənişlərinin verilməsi üçün işlər yekunlaşmaq üzrədir. Məlumata görə, artıq onların ölümlərini təsdiq edən sənədlər hazırdır və təhqiqat işləri də başa çatmaq üzrədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslimovun sözlərinə görə bu ayın sonuna qədər sığorta şirkətləri, sığorta ödənişlərini həyata keçirəcək. Aparılan hesablamalara görə təqribi sığorta ödənişi 26 000 manatla 92 000 manat arasında dəyişəcək.

İtgin düşənlərlə bağlı qərər isə yalnız məhkəmənin verəcəyi hökümdən sonra məlum olacaq.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. Bu günə kimi 11 nəfərin meyiti tapılıb.
Geri dön