Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəkidə iki uşaq atası intihar edib

Şəkidə iki uşaq atası intihar edib


15-01-2016, 20:24. Yazar: Xeberaz
Şəkidə iki uşaq atası intihar edib
Faktla bağlı cinayət işi başlanıb.

Şəkidə intihar hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf Adil oğlu İlyasovun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə aşkar edilib.

İlkin məlumata görə, R. İlyasov özünə qəsd edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

R. İlyasovun iki uşaq atası olduğu bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön