Ana Sayfa > Karusel / Səhiyyə / M2 > 142 həkim saxta diplomla işləyirmiş - Nazirlik

142 həkim saxta diplomla işləyirmiş - Nazirlik


15-01-2016, 19:53. Yazar: Xeberaz
142 həkim saxta diplomla işləyirmiş - Nazirlik
Ötən il Azərbaycanda 38 saxta diplom aşkarlanaraq, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Xeberaz.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu istiqamətdə həmin qurumla birgə müvafiq tədbirlər davam etdirilir. Məlumata görə, 2011-ci ildə başlayan tibb işçilərinin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 142 saxta diplom aşkarlanıb.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə neqativ hallarla bağlı daxil olmuş 690 məlumat araşdırılıb.
Geri dön