Ana Sayfa > Karusel / Gündəm / M2 > “Azercell” abunəçilərinin danışığı dinlənildi

“Azercell” abunəçilərinin danışığı dinlənildi


15-01-2016, 18:01. Yazar: Xeberaz
“Azercell” abunəçilərinin danışığı dinlənildi



Bu gün "Azercell” mobil operatorunun şəbəkəsində problem yaşanıb.

Bu barədə abunəçilər Xeberaz.az-a şikayətlərində bildiriblər. Onların sözlərinə görə, "Bakcell” nömrələri ilə "Azercell” nömrələrinə zəng vurduqda qəribə halla üzləşiblər. "Bakcell" istifadəçiləri "Sim” nömrəsinə zəng vurduqda digər "Azercell" abunəçilərin danışıqları eşidilib.

Bununla bağlı "Bakcell” şirkətilə əlaqə saxladıq. "Bakcell”dən bildirdilər ki, bu problem onlar tərəfdən yaranmayıb. "Azercell” şirkətiləsə əlaqə saxlamaq mümkün olmadı.
Geri dön